Yuxarı

Sərhədi pozdular, əsgərlərimizə qumbara çəkdilər... – Komediya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibədə aldıqları ağır mənəvi-psixoloji travma altında çabalayan erməni mediasının Azərbaycan Ordusunun sərhədlərimizin bərpası ilə bağlı addımlarına verdikləri isterik reaksiyaları davam edir.

Axar.az xəbər verir ki, Zəngəzur (Sünik) ərazisindəki sərhədimizdə yerləşən Tex kəndinin iki sakininin 12 iyunda traktorla “kənd təsərrüfatı ilə bağlı” iş görərkən Azərbaycan sərhədini pozması və rus sülhməramlılarının vasitəçiliyi ilə həmin gün də azad edilməsi barədə əfsanə uydurublar.

Hadisə haqda rəsmi açıqlama bundan ibarətdir ki, Azərbaycan sərhədlərinə daxil olan kəndliləri Azərbaycan əsgərləri saxlayıb, daha sonra isə erməni əsgərləri və rus sülhməramlıları hadisə yerinə gəlib, onların doğrudan da kəndli olduğu təsdiqlənib və geri qaytarılıblar.

Bu gün isə erməni mediası Tex kəndinin başçısının açıqlamasını alıb. Nerses Şadunts adlı şəxs deyib ki, kəndin iki sakini ot biçini ilə məşğul olarkən Azərbaycan sərhədləri daxilinə 200-300 metr giriblər. Bu zaman 10-a yaxın Azərbaycan əsgəri dərhal onların başı üstünü alıb.

“Onlar bizimkiləri mühasirəyə alıblar və bildiriblər ki, bizim ərazimizdəsiniz. Bizimkilər də deyib ki, yaxşı, əgər elədirsə, biz qayıdırıq. Onlar deyiblər ki, yox, hamımız bir yerdə hissəyə gedəcəyik və silah çəkiblər. Bu zaman bizimki qumbara çıxararaq, üzüyünü (fitil) çəkib və deyib ki, onda hamımız o dünyaya gedəcəyik”.

Nədənsə əhvalat və Tex kəndinin kənd təsərrüfatında çalışan traktorçusunun qəhrəmanlığı bu yerdə dərhal kəsilir və ardınca bildirilir ki, hadisə yerinə erməni əsgərləri və Rusiya sərhədçiləri (diqqət edin – red.), o cümlədən Sünikin qubernatoru gəlir. Kəndin başçısı deyir ki, bundan sonra danışıqlar aparılır və iki kəndli və traktor geri qaytarılır.

Bu əhvalatın uydurma olduğu ilk baxışda görünür: kənd təsərrüfatı ilə məşğul olan kəndlidə qumbara nə gəzir? O qumbaranı çəkibsə, sonu necə bitib? Azərbaycanlılar onları saxlamayıbsa, ruslar və qubernator kiminlə danışıqlar aparıblar? Saxlayıbsa, saatlarla əlində fitili çəkilmiş qumbara saxlayan kəndlidir, yoxsa diversant?

Üstəlik, rəsmi açıqlamada Rusiya sülhməramlılarının, kənd başçısının açıqlamasında isə Rusiya sərhədçilərinin vasitəçilik etdiyi bildirilir.

Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur və rus sərhədçilərin danışıqlar aparması normaldır. Sülhməramlılar isə Azərbaycanın Qarabağ ərazisində yerləşsə də, sərhədlə bağlı bağlı məsələlərdə hər iki tərəfin razılığı ilə iştirak edə bilirlər. Beləliklə, vasitəçiliyi kim edib: sərhədçilər, yoxsa sülhməramlılar?

Sözsüz ki, bu, erməni paronoyası, özlərindən qəhrəman düzəltmək cəhdi və erməni mediası gülünc vəziyyətidir.

Fakt ondan ibarətdir ki, 12 iyunda 15 erməni divarsant müqabilində Ağdamın minalanmış sahələrinin xəritəsini alan Azərbaycan elə həmin gün sərhəddə yeni qalmaqalın yaranmasına imkan verməyib.

Tarix
2021.06.14 / 22:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla