Yuxarı

AŞPA-da qadınlarla bağlı qətnamə qəbul olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-da qadınlarla bağlı qətnamə qəbul olundu

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Siyasi və ictimai qərar qəbuletmədə az təmsil olunan qruplara məxsus olan qadınların iştiraklarının yaxşılaşdırılması" adlı qətnamə qəbul edib.

Axar.az xəbər verir ki, sənəddə son on ildə siyasi və ictimai qərar qəbuletmədə qadınların sayının artdığı bildirilir: "Bununla belə, gənc, əlil qadınların və müxtəlif digər az təmsil olunan qruplara məxsus olan qadınların idarəetmədə iştirakları üçün imkanlar məhdud olaraq qalıb. Onlar ayrı-seçkilik, zorakılıq riski, siyasi partiyaların tərkibində məhdudiyyətlər, cəmiyyətdəki təzyiqlər, səhiyyə sistemində olan ayrı-seçkilik və digər bu kimi maneələrlə qarşılaşırlar. Kvotalar, təkmilləşdirmə kursları, müxtəlif investisiyalar, namizədlərin seçilməsi zamanı görülən tədbirlər və digər bu kimi tədbirlər görməklə qadınların iştirakını artırmaq mümkündür".

Qətnamədə az təmsil olunan qadınların siyasi və ictimai qərar qəbuletmədə iştiraklarının artırılmasının davamlı müsbət nəticələrinə də toxunulur: "Onların yaxından iştirakları əhali ilə qərar qəbuletmədəki şəxsləri bir-birinə yaxınlaşdıra bilər. Avropa siyasətinin Avropa cəmiyyətindəki müxtəlifliyi əks etdirməsinin və bərabərlik naminə daha qəti addımlar atmağın vaxtı yetişib".

Tarix
2021.06.23 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla