Yuxarı

Qarayev ABŞ səfiri ilə görüşdü – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazir Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açaraq bu münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirib.

Əbülfəs Qarayev Birləşmiş Ştatlar səfirliyinin mədəniyyətlə bağlı layihələrə diqqətini, eləcə də səfir Robert Sekutanın ölkəmizdə keçirilən mədəniyyət tədbirlərində fəal iştirakını xüsusi vurğulayıb.

ABŞ səfiri də öz növbəsində əməkdaşlığa görə nazirə minnətdarlığını bildirib və bunun gələcəkdə də davam edəcəyinə ümid etdiyini deyib. Diplomat Azərbaycanda maraqlı mədəniyyət və turizm tədbirlərinin keçirildiyini qeyd edərək onların bir çoxuna qatılmasından məmnunluğunu ifadə edib. Azərbaycanda müxtəlif dinlərə aid, fərqli dilləri və mədəni irsi olan xalqların bir arada sülh şəraitində yaşadığı və Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirdiyi qeyd edilib.

Nazir Əbülfəs Qarayev Azərbaycanın həm mədəniyyət, həm də turizm sahəsində qarşılıqlı əlaqələrə böyük önəm verdiyini diqqətə çatdıraraq bu əməkdaşlıq zəminində ölkəmizin ABŞ-da müxtəlif sərgilərdə, mədəniyyət tədbirlərində iştirakından bəhs edib.

Görüşdə iki ölkə arasında mədəniyyət və turizm əlaqələri müzakirə olunub, perspektiv planlar ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.07.03 / 17:10
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla