Yuxarı

Çağrı Mərkəzindən yenilik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) Zəng (Çağrı) Mərkəzi bu yaxınlarda daha bir innovativ xidmətin təqdimatına hazırlaşır.

Axar.az xəbər verir ki, mərkəzdən Azərtac-a bildirilib ki, tezliklə, Zəng Mərkəzinə qurumlarla bağlı daxil olunan müraciətlərin dərhal aidiyyəti qurumun zəng mərkəzinə yönləndirilməsi üçün sistem yaradılacaq. Bununla da, vətəndaşların digər qurumlarla bağlı müraciətləri vaxt itirilmədən yönləndiriləcək və cavablandırılacaq.

Qeyd edək ki, MHM təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün ötən il 157 Zəng (Çağrı) Mərkəzi yenilənib. Mərkəz istər texniki avadanlıq baxımından, istərsə də ixtisaslı kadr baxımından tam şəkildə təchiz edilib. Nəticədə Zəng (Çağrı) Mərkəzinə olunan müraciətlərin sayı xeyli artıb. Ötən ilin sentyabr ayından bu günədək mərkəzə 61071 zəng daxil olub və bütün zənglər operativ şəkildə cavablandırılıb. Bundan əlavə, 157 Zəng (Çağrı) Mərkəzi "Elektron hökumət" portalı üzərindən vətəndaşlara təqdim olunan "Onlayn konsultasiya" xidməti vasitəsilə daxil olan müraciətləri də cavablandırır. Bu xidmət üzrə ötən bir ayda mərkəzə 3964 müraciət daxil olub. Həmçinin, MHM-in elektron poçt ünvanı üzrə mərkəzə təxminən 30000 müraciət daxil olub və hər bir müraciətə eyni diqqətlə baxılıb. Bundan başqa gün ərzində MHM-in "Skype" və "Facebook" ünvanına 20-dən artıq müraciət daxil olur və dərhal həll edilır.

Tarix
2015.07.04 / 15:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla