Yuxarı

“ABŞ Suriyaya o zaman müdaxilə edəcək ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd dövlətinin varlığı təhlükə altında qalacağı zaman ABŞ Suriya konfliktinə daha ciddi şəkildə müdaxilə edəcək.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev danışıb. O, Türkiyə-Suriya arasında ehtimal olunan müharibənin əslində gözlənilən olmadığını bildirib:

"Burada bir neçə məqama toxunmaq lazımdır. Suriyadakı vətəndaş müharibəsinin müxtəlif məqsədləri var. Əsas olanı Suriyanın parçalanaraq ən azı İraq kimi federal dövlətə çevrilməsi, şimal bölgələrin də kürdlərin nəzarətinə keçməsidir. Belə olan halda İraq Kürdüstanının şimali Suriya üzərindən dənizə birbaşa çıxışı yaranır ki, bu da neft-qaz resurslarının bazara rahat çıxarılması deməkdir. İŞİD-i bir çox ölkələr müxtəlif səbəblərlə dəstəklədilər. Məsələn, Amerika İŞİD-ə dolayı olaraq dəstək verdi ki, kürdlərin şimali Suriyanı ələ keçirməsi legitim olsun. Halbuki Türkiyə İŞİD-in əli ilə kürdlərin şimali İraqdakı və İraq Kürdüstandındakı gücünü zəiflətmək istəyirdi. Səudiyyə isə İŞİD-i anti-ələvi motivlərlə dəstəkləyirdi".

Suriyaya müdaxilə məsələsində istənilən ABŞ-Türkiyə koalisiyasının mümkün olmayacağını deyən politoloq məsələnin əsil mahiyyətini bu cür şərh edib:

"Çünki fərqli məqsədlər daşıyırlar. Türkiyənin həmin bölgəyə girişi mümkündür, belə olan halda ordan kürdlər və İŞİD geri çəkiləcək. Ancaq bu şəraitdə həmin bölgədə yenidən kürdlər yox, bu dəfə İŞİD güclənəcək. ABŞ-ın Türkiyədəki bazalarından yararlanma məsələsi real görünmür, necə ki, təkbaşına Suriyaya müdaxilə etmə ehtimalı mümkün deyil. Ancaq kürd dövlətinin varlığı təhlükə altında düşəcəyi halda ABŞ konfliktə daha ciddi şəkildə müdaxilə edəcək".

Qeyd edək ki, ABŞ Suriyada hərbi əməliyyatlar keçirmək üçün Türkiyədən Diyarbəkir vilayətini və İncirlik bazasını istəyib. Vaşinqton Türkiyə sərhədinin təhlükəsizliyi üçün bu ölkədəki hərbi bazalardan istifadəni şərt sayır.

Tarix
2015.07.07 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla