Yuxarı

ABŞ kosmosun tədqiqində Bakı ilə əməkdaşlıq etmək istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ kosmosun tədqiqində Bakı ilə əməkdaşlıq etmək istəyir?

ABŞ kosmosun tədqiq olunmasında öz həmfikirləri ilə əməkdaşlıq etmək istəyir.

Axar.az xəbər verir ki, bunu ABŞ Kosmik Qüvvələrinin kosmik əməliyyatlar bölməsinin rəisi, general Con Reymond Trend-in kosmik sahədə ABŞ-la Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə sualını cavablandırarkən deyib.

O bildirib ki, bu məsələdə tərəfdaşlar vacibdir və kosmosun dinc tədqiqinə sadiq olan həmfikir ölkələrlə əməkdaşlıq imkanları mövcuddur.

C.Reymond bildirib ki, Birləşmiş Kosmik Əməliyyatlar Mərkəzi ABŞ üçün vacib təşkilatdır:

“Bu mərkəzdə öz imkanlarımızın komanda-operativ idarəetməsini təmin edirik. Təşkilat kosmik sahədə təhlükəsizliyin və məlumatlılığın təmin olunmasını hədəfləyir. Biz, həmçinin çalışırıq ki, bütün dünyada yerləşmiş birgə və koalisiya qüvvələrimiz öz missiyalarının icrası üçün zəruri olan kosmik imkanlara malik olsun. Problemlər böyük olsa da fəaliyyətlərimizin birləşdirilməsi və tərəfdaşlıq münasibətlərindən faydalanmaq üçün imkanlar mövcuddur.

Bu mərkəz təkcə ABŞ-da və bütün dünyada silahlı qüvvələrə deyil, həm də sadə vətəndaşlara da, məsələn, GPS xidmətindən istifadə edən insanlara kritik vacib imkanlar təqdim edir. Ona görə də biz bu sahənin təhlükəsizliyini təmin etməyə çalışırıq və Birləşmiş Kosmik Əməliyyatlar Mərkəzi bizim üçün bu istiqamətdə kritik vacib dayaqdır”.

Tarix
2021.07.24 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla