Yuxarı

Şəntopdan çağırış: Qarabağa gedin...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəntopdan çağırış: Qarabağa gedin...

Biz dünya ölkələrinin hökumət rəsmilərini, diplomatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini, alimləri, jurnalistləri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinə səfər etməyə çağırırıq. Əminəm ki, azad edilmiş torpaqlara gələn xarici nümayəndələr erməni vandallığına da yaxından şahid olacaqlar.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop "HaberGlobal" televiziyasına müsahibəsində deyib.

O, Qarabağda yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə qarşı erməni vandallığını kəskin pisləyib:

"Şuşada vəziyyət müəyyən qədər normaldır. Ancaq digər işğaldan azad edilmiş rayonlardakı acınacaqlı vəziyyət ermənilərin özlərini dünya ictimaiyyətinə sülhsevər kimi təqdim etmək niyyətini puça çıxarır".

M.Şəntop Şuşaya səfərinin məqsədini də açıqlayıb: "Bizim niyyətimiz dünyanın diqqətini Azərbaycanın azad edilmiş ərazilərinə çəkmək və həqiqətləri görməsinə nail olmaqdır".

Tarix
2021.07.27 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla