Yuxarı

Özbəkistanlı nazir Azərbaycan gəmisində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistanlı nazir Azərbaycan gəmisində - Foto

Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov, eləcə də Qazaxıstanın bir sıra yüksək vəzifəli şəxsləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus RoPax tipli “Azərbaycan” gəmi-bərəsinə baş çəkiblər.

Axar.az xəbər verir ki, onlar Qazaxıstanın Kurık limanında gəmi ilə yaxından tanış olublar.

Kapitan Ayaz Pirmuradov gəmi-bərənin imkanları və texniki göstəriciləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, ASCO-nun RoPax tipli “Azərbaycan” gəmi-bərəsi bu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilib.

Tarix
2021.07.28 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla