Yuxarı

Türkiyə səfiri Diaspor Komitəsində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə səfiri Diaspor Komitəsində - Foto

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahid Bağcı ilə görüşüb.

Axar.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Türkiyədə baş verən yanğınlarla bağlı təəssüfləndiyini, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib və iki qardaş ölkənin dostluq münasibətlərinin bütün dünya üçün nümunəyə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı Şuşa bəyannaməsinin xüsusi əhəmiyyətini, bu sənədin diasporlarımız üçün Yol xəritəsi olduğunu qeyd edən F.Muradov Komitənin fəaliyyətindən, Türkiyə və Azərbaycan diasporlarının iş birliyindən, Yurddışı Türklər və Əqraba Topluluqları İdarəsi ilə əməkdaşlıqdan danışıb, qardaş ölkədəki Azərbaycan təşkilatları və dərnəkləri barədə ətraflı məlumat verib.

Səfir Cahid Bağcı səmimi qəbula görə minnətdarlığını bildirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib, diasporlarımızın iş birliyinin zəruriliyini nəzərə çatdırıb.

Görüşdə diasporlarımızın beynəlxalq platformalarda birgə fəaliyyətinin vacibliyi, daha peşəkar vasitələrlə yumşaq gücə çevrilməsinin əhəmiyyəti haqda fikir mübadiləsi aparılıb.

Sonda səfirə xatirə hədiyyələri təqdim olunub.

Tarix
2021.07.30 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla