Yuxarı

Meksika radiosunda azad olunmuş ərazilərimizdən danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meksika radiosunda azad olunmuş ərazilərimizdən danışıldı

Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş və buradakı erməni vandalizminin canlı şahidi olmuş meksikalı jurnalist Federiko Lamontun Gəncə şəhərində olarkən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovla müsahibəsi Meksikanın nüfuzlu ABC radiosunda efirə edib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, müsahibədə ilk olaraq, Azərbaycanın ikinci ən böyük şəhəri olan və münaqişə zonasından kənarda yerləşən Gəncə əhalisinin 44 günlük müharibə zamanı erməni silahlı qüvvələri tərəfindən ballistik raket hücumlarına məruz qaldığı, bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, onlarla mülki insanın həlak olduğu, 100-ə qədər vətəndaşımızın yaralandığı məlumat verilib.

Şuşanın Azərbaycan üçün coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyəti haqda danışan səfir şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna rəmzi önəm daşıdığını söyləyib.

Sonra azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə burada mülki yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verilib, bu ərazilərdən 30 il öncə qovulmuş məcburi köçkünlərimizim öz evlərinə qayıtmalarının təmin edilməsi üçün hazırda Azərbaycan tərəfindən aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri haqda danışılıb.

Müxtəlif dini inanc və etnik mənsubiyyətə aid insanların birgə, sülh içində yaşadığı yer olan Azərbaycanın öz ərazisində erməni abidələri də daxil olmaqla, bütün dini-mədəni abidələri qoruyub saxladığı halda, erməni tərəfinin ötən ilədək işğalda saxladığı ərazilərdə ölkəmizə aid tarixi-mədəni və dini abidələri kütləvi şəkildə vandalizmə məruz qoyduğu bildirilib.

Sonda beynəlxalq ictimaiyyətin Azərbaycanın regionda davamlı sülhün əldə olunması və bölgənin bərpası istiqamətindəki səylərini dəstəkləməli, Ermənistanınsa qonşularına qarşı ərazi iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və öz xalqını sülhə hazırlamalı olduğu deyilib.

Tarix
2021.08.01 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla