Yuxarı

Ermənilər azərbaycanlıların ərazisini zəbt etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər azərbaycanlıların ərazisini zəbt etdi

Bir neçə gün əvvəl Ermənistan sərhəd məntəqəsinin əməkdaşları azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndi yaxınlığında Gürcüstanın 10 hektar ərazisini zəbt ediblər.

APA-nın Gürcüstan bürosunun "Rustavi 2" televiziya kanalına istinadən verdiyi məlumata görə, yerli sakinlər bildirib ki, belə addımlar çoxdan başlanıb: "Ermənistan hərbçiləri uzun müddətdir, Təzəkənd kəndinin Ermənistanla sərhəddə yerləşən torpaqlarını zəbt edir, yerli əhali həmin sahəyə keçən kimi saxlayır, hətta cinayət işi qaldırır, xətti keçən mal-qaranı aparır, sərhədə yaxın evlərin onların ərazisinə düşdüyünü iddia edirlər".

Təzəkənd sakinləri bildiriblər ki, onların yaşadığı kəndin Ermənistanla sərhəd xətti tarixi xəritəyə görə Muşul meşələrinin yaxınlığında olan dağların zirvəsindən keçib: "Ermənistan sərhədçiləri azərbaycanlıların yaşadığı sərhədyanı kəndlərin 500 metrliyində hərbi baza da tikərək hərbi maşın və əsgərləri oraya yerləşdiriblər. Sadaxlı, Təzəkənd, Xuldərə kənd sakinləri hər an təhlükə içində yaşayırlar. Meşəyə gedən mal-qaranı tutan erməni sərhədçiləri geri qaytarmırlar. Qaytarırlarsa da, bu, uzun müddətli şikayətlərdən sonra Gürcüstan hökumətinin əlaqədar təşkilatları sayəsində mümkün olur. Əhali qorxu içində yaşayır. Hətta olub ki, azərbaycanlıları oğurladıqdan sonra güllələyib, öldürüblər".

Xatırladaq ki, Gürcüstan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məlum olmayan səbəblər üzündən keçirilmir. Yerli əhali Gürcüstanın rəsmi dairələrinə şikayət etsə də, hələlik nəticə yoxdur. Ermənistan sərhədçiləri isə sərhəd xəttini yavaş-yavaş Sadaxlı kəndinin ərazilərinə doğru "sürüşdürürlər".

Tarix
2015.07.19 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla