Yuxarı

Qarabağda "əsəb müharibəsi": Əsas tərəf ruslardır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda "əsəb müharibəsi": Əsas tərəf ruslardır!

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları dayandıqları bütün postlarda - 27 post – “təhlükəsizliyin təmin edilməsi və mümkün pozuntuların qarşısının alınması” adı altında təlimlər keçirib.

Bu, türk ordusunun işğaldan azad edilmiş ərazilərə gəlişinin anonsu olan Laçın təliminə cavabdır.

Rus sülhməramlılar bundan öncə Laçında təlim keçirdi və dronlara qarşı “döyüş məşqi” etdi. Bakı və Ankara məhz Laçında – rus sülhməramlıların dayandığı dəhlizin bir neçə yüz metrliyində cavab verdi. Ruslar da cavabı gecikdirmək istəmir: sülhməramlıların “postları”nın erməni terrorçulardan qorunması məşqinin edilmədiyi aşkar məsələdir.

Moskva bununla Bakı və Ankaranı mümkün anti-terror əməliyyatından çəkindirmək istəyir: Azərbaycan-Türkiyənin quruda, havada və dənizdə keçirdiyi təlimlər, ardınca Pakistanın da iştirak etdiyi “Üç Qardaş – 2021” xüsusi təyinatlı qüvvələrin təlimlərinin başlanması, Azərbaycan hərbi rəhbərliyinin Türkiyəyə intensiv səfərləri rusları narahat edir; Rusiya anlayır ki, Azərbaycan üçtərəfli razılaşmanın bütün bəndlərinin icrası məqsədilə öz suveren ərazisində hərbi addımlar ata bilər və bu prosesdə tək olmayacaq.

Baş verənlər Qarabağda “əsəb müharibəsi”sinin getdiyini göstərir, lakin bu dəfə əsas tərəf ruslardır və bunun nəticəsi hansısa formada olmalıdır.

Tarix
2021.09.16 / 18:40
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla