Yuxarı

İŞİD-in genişlənməsində Rusiya izi…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-in genişlənməsində Rusiya izi…

Şimali Qafqazdan İŞİD-ə qoşulanların sayı ilbəil çoxalmaqdadır. Müşahidəçilərin fikrincə, İŞİD-ə qatılmaq üçün ölkəni tərk edən rusiyalıların əksəriyyəti müsəlmanların yaşadığı bölgələrdən minlərlə kilometr uzaqda yaşayanlardır.

Axar.az məlumat verir ki, Suriya və İraqa təkcə döyüşçülər getmir. Gedənlər arasında peşə sahibləri, natiqlər və medianın iddiasına görə qadınlar var.

Rusiya mətbuatında yer alan məlumatlara görə, təşkilata sirli şəkildə qoşulan rusiyalıların əksəriyyəti gənc universitet tələbələridir:

"İyun ayının ilk iki həftəsində Moskva Dövlət Universitetinin tələbəsi 19 yaşlı tələbəsi Varvara Karaulovaya Rusiya televiziyalarında Prezident Vladimir Putindən daha çox baxılmışdı. Karaulova ərəb dilində təhsil alsa da, o, rus idi və Yaxın Şərqlə heç bir əlaqəsi yox idi. Karaulova Türkiyə sərhədində saxlandıqdan cəmi iki həftə sonra Moskvada təhsil alan başqa bir tələbə - Mariam İsmayılova itkin düşdü. Onun da İŞİD-ə qatılmaq üçün Suriyaya getdiyi iddia olunur. Rusiyanın böyük şəhərlərindəki universitetlərdə təhsil alan tələbələrin bu addımı xeyli təəccüb doğurur. Bu gənclərin vəziyyətini digərlərindən fərqləndirən prosesdə qeyri-müəyyənliyin olmasıdır".

Vurğulayaq ki, Rusiya Xarici İşlər nazirinin müavini Oleq Syromolotov 7 iyulda TASS-a verdiyi müsahibəsində 2 200 Rusiya vətəndaşının İŞİD-ə qoşulduğunu açıqlayıb. Federal Təhlükəsizlik Xidməti isə İŞİD sıralarında döyüşçülərin 8%-nin Rusiyadan gedənlər olduğunu bildirib.

Beynəlxalq Böhran Qrupunun mütəxəssisi Varvara Parxomenko isə Rusiyadakı onlarla fərqli bölgə arasında İŞİD-ə ən çox qatılanların Dağıstandan olduğunu açıqlayıb. Dohzd TV-yə danışan Parxomenko Çeçenistan və Şimali Osetiyadan qatılanların da az olmadığını bildirib.

***

23 iyunda İŞİD Əbu Məhəmməd əl Qədəri kimi tanınan Rüstəm Asildarovun təşkilatın "Qafqaz əmiri" olduğunu açıqlayıb. Bu "təyinat"dan sonra təşkilatın təbliğatında güclənmə müşahidə olunur.

Təşkilat mart ayında internet üzərindən rus dilində "Əl Bəyan" radiosunun yayımına başlayıb. Mayda isə rus dilində "Furat" dərgisi, fərqli dillərdə nəşr olunan HMC media orqanının əsası qoyulub.

Rusiyalı politoloq İqor Malaşenko bu təcrübənin hələ Sovet dönəmində müsbət effekt verdiyini bildirir:

"Bu gün təşkilat daxilində rus dili geniş istifadə olunur. İŞİD-də rus dili ərəb və ingilis dilindən sonra ən çox istifadə olunan 3-cü dildir. Bu, keçmiş Sovet İttifaqında radikal islamçıların tanış olduğu bir dildir. Hamısı rus dilində yaxşı danışırdı. Onlar ərəb dilini öyrənmək çox çətin olduğu üçün asanlıqla rus dilinə yiyələnirdilər".

***

İŞİD-ə Səddam Hüseynin keçmiş generallarının qoşulduğunu nəzərə alsaq, Moskvanın təşkilatdakı payını görməmək mümkün deyil. Yaxın Şərq böhranının davam etməsi də Putin siyasətinə öz töhfəsini verməkdədir.

Digər tərəfdən, İŞİD Şimali Qafqazda radikalların sayını azaltmaq üçün ən yaxşı yoldur. Bu yolla Kremlin cənub sərhədlərində nəzarəti gücləndirdiyi açıq-aydın hiss olunur.

Tarix
2015.07.24 / 21:27
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla