Yuxarı

Sahibə Qafarova Matviyenko ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarova Matviyenko ilə görüşdü - Foto

Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Axar.az xəbər verir ki, Milli Məclisin sədrini salamlayan Valentina Matviyenko Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin hazırki səviyyəyə çatmasında qanunverici orqanlar arasında münasibətlərin rolunu da qeyd edib.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Üçüncü Avrasiya Qadın Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirib, belə forumları gender məsələlərini, həmçinin parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından imkan kimi dəyərləndirib.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin mütəmadi rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verən Milli Məclisin sədri deyib ki, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Artıq münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.

Milli Məclisin sədri qeyd edib ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyəti var. Belə ki, bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Tarix
2021.10.13 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla