Yuxarı

Bayramov BQXK-nın vitse-prezidenti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov BQXK-nın vitse-prezidenti ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə C.Bayramov ölkəmizin BQXK ilə faydalı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Son bir il ərzində qarşı tərəflə bir sıra görüşlərin, o cümlədən BQXK-nın Cenevrə ofisində, habelə beynəlxalq platformalar çərçivəsində keçirilmiş görüşlərin bunun bariz nümunəsi olduğunu bildirib. Ölkəmizin BQXK-nın beynəlxalq hüquqa və müvafiq BMT qətnaməsinə uyğun olaraq Azərbaycan ərazisindəki humanitar missiyasının həyata keçirilməsinə hər zaman dəstək verdiyi vurğulanıb və bu xüsusda, qarşı tərəflə dialoqun davam etdirilməsinin əhəmiyyəti səsləndirilib.

C.Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib.

BQXK-nın vitse-prezidenti Qil Karbonye Azərbaycan hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Bölgədəki yeni reallıqları nəzərə alaraq mövcud humanitar prioritetlər əsasında qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb. Vitse-prezident hazırkı mərhələdə Azərbaycan tərəfi ilə erkən bərpa, sağlamlıq, tibb işçilərinin təlimi, habelə humanitar fəaliyyətə yeni texnologiyaların cəlb edilməsi və s. istiqamətlərdə fəaliyyətin həyata keçirilməsindən bəhs edib. O, həmçinin Yaxın Şərq bölgəsindən Azərbaycan əsilli vətəndaşlarının, xüsusilə qadın və uşaqların ölkəyə qaytarılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu bildirib.

C.Bayramov itkin düşmüş azərbaycanlılar barədə məlumatın əldə edilməsinin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini söyləyib və bu xüsusda BQXK-nın hələ 1-ci Qarabağ müharibəsindən itkin düşmüş şəxslər barədə məlumatın toplanması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Tərəflər həmçinin BQXK-nın bölgədəki humanitar missiyası ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2021.10.18 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla