Yuxarı

Paşinyan: Ordunu işğalçılıq üçün inkişaf etdirmirik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan: Ordunu işğalçılıq üçün inkişaf etdirmirik

Ermənistan öz ordusunu aqressiya üçün yox, aqressiyadan müdafiə üçün inkişaf etdirəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Ermənistanın yad əraziləri tutmaq üçün hansısa planları yoxdur. Təhlükəsizlik sistemlərinin inkişafı nöqteyi-nəzərindən təkcə ordunun modernizasiyası yox, həm də əlverişli xarici mühitin formalaşdırılması, Ermənistan, Qarabağ və region üçün sülh epoxasının açılması gündəminin reallaşdırılması vacibdir”, – deyə o bildirib.

Paşinyan bu hədəfin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə Qarabağ danışıqlarının yenilənməsi, düşmənçilik atmosferinin ortadan qaldırılması, iqtisadi və infrastruktur kommunikasiyalarının açılmasının önəmli olduğunu bildirib. O, kommunikasiyaların açılmasının erməni iqtisadiyyatının məzmunu və strukturunu keyfiyyət baxımından dəyişdirəcəyini və uzunmüddətli inkluziv iqtisadi artım təmin edəcəyini söyləyib.

Tarix
2021.10.25 / 13:23
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla