Yuxarı

Qafarova Matviyenkoya erməni təxribatından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafarova Matviyenkoya erməni təxribatından danışdı

09:14

MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Axar.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədrini salamlayan Valentina Matviyenko ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluqlarını bildirib.

MDB PA-nın uğurlu fəaliyyətini qeyd edən Federasiya Şurasının sədri deyib ki, bu təşkilat quruma üzv ölkələr arasında əlaqələrin dərinləşməsinə və fikir mübadiləsinin aparılmasına töfhə verir. O, Azərbaycanın təşkilatda fəal iştirakçılığına görə təşəkkürünü bildirib, 53-cü plenar iclasın uğurlu olacağına inamını ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olacaq. Bu illər ərzində Azərbaycanla Rusiya arasında bir çox sahələri əhatə edən uğurlu əlaqələr qurulub. Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını bildirən Milli Məclisin sədri əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb.

Milli Məclisin sədri noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları barədə məlumat verərək, qeyd edib ki, bu təxribat nəticəsində 7 nəfər hərbi qulluqçumuz şəhid olub. O xüsusilə, vurğulayıb ki, bu təxribatın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Spiker həmçinin diqqətə çatdırıb ki, bu günə qədər Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həlak olublar.

Sahibə Qafarova Valentina Matviyenkonun diqqətinə çatdırıb ki, həlak olanlar arasında sülhməramlılar da var. O deyib ki, Ermənistanın bütün çağırışlara baxmayaraq, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq hüquqa və regionda sabitliyin bərpa olunması cəhdlərinə qarşı yönəlib.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Valentina Matviyenkoya “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib.

Tarix
2021.11.25 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla