Yuxarı

Milli Məclisdə niyə android və smartfonlar qadağan edilir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə smartfon və android tipli telefonlarla daxil olmağın qadağan edilməsi maraqlı suallar doğurur. Niyə bütün telefonlar deyil, yalnız android və smartfon tipli telefonlar qadağan edilir? Bu telefonlar hansı təhlükə yaradır? Millət vəkilləri bu qərara necə yanaşır?

Bu qərarı peşəkarlar verib

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Axar.az"a bildirdi ki, bu qərar sırf təhlükəsizlik baxımından qəbul edilib:

"Bu cür texniki vasitələrin spesfik tərəflərini bilən ekspertlərin rəyi ilə belə bir qərar qəbul olunub. Başqa bir səbəb axtarmağa ehtiyac yoxdur. Bu qərar sırf təhlükəsizlik baxımından həyata keçirilir".

Milli Məclisin payız müzakirəsində deputatların öz həmkarlarının yerinə səsverməsi ilə bağlı gizli kadrlar sosial şəbəkədə yayılmışdı. Bu qərarın həmin hadisə ilə hansısa formada əlaqəsi varmı?

Suala aydınlıq gətirən Akif Təvəkküloğlu bildirdi ki, qəbul edilmiş qərarın həmin olay ilə heç bir əlaqəsi yoxdur:

"Bu qərar bütünlükdə telefonlardan istifadəni qadağan etmir. Sadəcə smartfon və android tipli qurğulardan dövlət qurumlarında istifadəni əngəlləyir. Bu tipdən olmayan ancaq çəkiliş qabiliyyətinə malik yetərincə telefon var. Ona görə bu qərarın harasa yozulması düzgün deyil"

Demokratik parlamentarizmə ziddir

Demokrati İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bu qərarı qeyri-demokratik sayır:

"Dünyanın bütün aparıcı ölkələrində parlament cəmiyyətə açıq orqandır və onların heç birində bu cür qərarlar qəbul edilmir. Qanunverici orqan heç bir zaman qapalı ola bilməz. O baxımdan bu qərarın verilməsini düzgün saymıram. Bu demokratik parlamentarizmə zidddir".

Bu qərarın təhlükəsizliyə dəxli yoxdur

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də bu qərarın təhlükəsizlikə heç bir əlaqəsi olmadığını söylədi:

- Əsas gətirsinlər ki, nəyə görə qadağan olunub. Bəlkə elə bir əsas olsa, mən də razı olacam. Amma hələlik bir səbəb deyilmədiyi üçün bunu ciddi bir fikir hesab etmirəm. Təhlükəsizliklə əlaqələndirirlərsə, xəbər versinlər ki, nədir təhlükəsizlik? Burda mənim, yoxsa binanın təhlükəsizliyindən söhbət gedir? Mənim təhlükəsizliyimdən söhbət gedirsə, telefonum əlimdə olsa da, olmasa da telefonumu təsdiq etmək istəyən biləcək ki, telefonum Milli Məclisin yanındadır. Məni izləyən də bilir ki, Mili Məclis həftənin ikinci, beşinci günləri toplanır. Bu qərar təhlükəsizlik adına çox mənasız bəhanədir".

Tarix
2014.01.10 / 12:58
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Tacikistan sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışladı

Cənubi Qafqaz üçün tərəqqinin vaxtıdır - Sofiya

Britaniya XİN rəhbərindən Bakı və İrəvanla bağlı açıqlama

Üçtərəfli işçi qrupu “yatmış” vəziyyətdədir - Overçuk

Prezident DMX əməkdaşlarını təltif etdi

Sülh müqaviləsinin imzalanması üçün əsas şərt... - XİN

Sərhəddə atışmalar: Rəsmi Bakıdan İrəvana cavab...

Bayramov Çanaqqala Zəfəri ilə bağlı paylaşım etdi

Rusiya Azərbaycanın bu əzmindən... - Matviyenko

İrəvan sazişdə heç bir güzəştə getməyib - Ovannisyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla