Yuxarı

Yeni ildə internet dələduzlarından bu cür qorunun

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni ildə internet dələduzlarından bu cür qorunun

Yeni il bayramında da internet dələduzluğu problemi öz aktuallığını saxlayır. Təcavüzkarlar Yeni il ərəfəsində onlayn hədiyyə alanların diqqətsizliyindən istifadə edərək, tez-tez tanınmış brendlərin adı altında gizlənir, istifadəçilərə sadə oyunlar qarşılığında böyük məbləğdə pul uduşları vəd edirlər. Dələduzlar uduşun əldə edilməsi üçün bank kartı məlumatlarının daxil edilməsi və ya komissiya ödənilməsini istəyə bilərlər. Öz məlumatlarınızı daxil etdiyiniz saytları diqqətlə yoxlayın və şəbəkədəki “səxavətli” təkliflərə qarşı olduqca həssas yanaşın.

Axar.az xəbər verir ki, bunu “Kasperski” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşfiq Məmmədov deyib.

“Təcavüzkarlar öz sxemlərini hər zaman aktual hadisələrə uyğunlaşdırırlar. Yeni il bayramı da istisna deyil. Görürük ki, fırıldaqçılar tez-tez elektron ödəniş, sorğu, uduş səhifələri və onlayn mağaza adı altında gizlənirlər. Təhlükəsizlikdən əmin olmaq üçün saytın doğrudan da həmin brendə aid olduğunu, ünvan adının rəsmi adla üst-üstə düşdüyünü yoxlayın, həmçinin onun kimin adına və nə zaman qeydiyyata alındığını da dəqiqləşdirmək olar”, - M.Məmmədov bildirib.

Onun sözlərinə görə, dələduzların toruna düşməmək üçün əsas qaydalara əməl etmək lazımdır:

“Elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin. Ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın. Daha yaxşı olar ki, onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz. Fişinq və ya spam saytlarına, eləcə də zərərli reklam banerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə fayda var”.

Tarix
2021.12.31 / 09:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla