Yuxarı

İrəvanın təkliflərini Bakıya göndərdik - Lavrov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın təkliflərini Bakıya göndərdik - Lavrov

Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

Nazir bildirib ki, komissiyanın yaradılması məsələsinin tezliklə həllinə ümid edir:

“Soçidə prinsipial razılıq var idi, hətta mətbuata da açıqlandı ki, komissiya 2021-ci ilin sonuna qədər yaradılacaq. Dünən mən yeni təklifləri olan erməni həmkarımla danışdım, biz o təklifləri Bakıya göndərdik. Görək komissiyanın tez işə salınması üçün nə edə bilirik”.

Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycanla Ermənistan arasında sərhədin tezliklə delimitasiyasının tərəfdarıdır:

“Bu, sırf ikitərəfli məsələdir: delimitasiya və demarkasiya üzrə komissiya yaratmaq, həmçinin öz nümayəndəmizin namizədliyini bu komissiyada məsləhətçi kimi irəli sürməklə onun üzərində işləməyə başlamağı təklif edirik. Nəzərə alınmalıdır ki, Rusiya Baş Qərargahı və digər strukturlar Sovet İttifaqının formalaşması, habelə onun inzibati sərhədləri və ittifaq respublikaları arasındakı sərhəd dəyişikliklərini özündə əks etdirən xəritələrə sahibdir”.

Nazir qeyd edib ki, komissiya yaratmaq üçün ilk növbədə şərtləri razılaşdırmaq lazımdır:

"Hazırda bu şərtlər müzakirə olunur. Orada uyğunsuzluqlar mövcuddur. Mövqeyimiz sadədir: biz oturub rəsmi olaraq yaradılmış komissiya çərçivəsində həll olunmamış bütün məsələləri həll etməliyik”.

Bununla yanaşı, rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana sülhməramlılar göndərməsi fonunda Azərbaycan və Türkiyənin reaksiyalarını şərh edib:

“Rəsmi Bakı və Ankara rəsmilərinin KTMT-nin Qazaxıstandakı fəaliyyətinə qarşı yönəlmiş hər hansı əsəbi reaksiyasını görmədim”.

Tarix
2022.01.14 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla