Yuxarı

Əliyevdən mühüm gediş: Bakı vasitəçi ola bilər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevdən mühüm gediş: Bakı vasitəçi ola bilər...

Əliyevin Ukrayna səfəri Bakı-Kiyev xəttində münasibətlərlə yanaşı, geosiyasi proseslər fonunda xüsusilə diqqət çəkir.

- Cenevrədə Rusiya-Qərb danışıqları davam edir, artıq bəllidir ki, tərəflər “yeni soyuq müharibə” perspektivinə hazırlaşırlar və əsas cəbhə Ukrayna olacaq;

- Əliyevin səfəri Ərdoğanın ilin əvvəlində Kiyevə planlaşdırılan səfərindən öncə baş tutur.

Bu iki kontekstdə Bakının ayrı, Ankara-Bakı ikilisinin birgə strateji gedişi var.

Əliyev bu səfərlə yeni soyuq müharibənin hər iki tərəfinə mesaj verir:

- Cəbhələşmədə yer almadan Qərbə Ukraynanın yanında olduğunu və ərazi bütövlüyü prinsipini dəstəklədiyini göstərir;

- Kiyevin yanında mövqe sərgiləməklə Rusiya qarşısında balans yaradır və bu, Cənubi Qafqaz masasında Moskvanın Bakının maraqlarını nəzərə alması baxımından əlimizi gücləndirə bilər.

Əliyev və Ərdoğan yeni soyuq müharibə cəbhəsində - Ukrayna və Rusiyaya alternativ çıxış yolu təqdim edir: Ankara və Bakı münasiqəşnin həllində vasitəçilik edə bilər.

Birincisi, humanitar məsələlərin həllində vasitəçilik etməkdir: Brüssel görüşündə Zelenski Əliyevdən Rusiyada və işğal olunmuş Krım və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi üçün kömək istədi; mümkündür ki, rəsmi Bakı bu məsələni Moskva ilə müəyyən kanallar vasitəsilə müzakirə edib və cari dövrdə nəticə əldə edilməsi perspektivi var;

İkincisi, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün alternativ masanın qurulmasıdır: Bu, Qərb-Rusiya masasında heç bir nəticə əldə edə bilməyən Kiyev üçün də, məsələni Qərblə yox, Ukraynanın özü ilə müzakirə etmək istəyən Moskva üçün də cəlbedicidir; nəticənin əldə edilməsi çətin görünsə belə, tərəflər müəyyən irəliləyişə nail olmaq naminə alternativ masaya isti yanaşa bilərlər.

Ankara və Bakı isə Rusiya-Ukrayna münaqişəsində, ümumilikdə yeni soyuq müharibə cəbhəsində tərəfə yox, vasitəçiyə çevrilə bilər.

Əliyevin Ukrayna səfəri bu kontekstdə təsadüfi deyil: istisna deyil ki, Ərdoğan Putinlə, Əliyev Zelenski ilə vasitəçiliyin ilkin təməlinin atılması istiqamətində iş aparır.

Tarix
2022.01.14 / 16:38
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı

Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı

AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...

Azərbaycandan alırıq, qalır satmaq...

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla