Yuxarı

"Azəriqaz" rəhbərliyi növbəti dəfə sahibkarlarla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəriqaz" rəhbərliyi növbəti dəfə sahibkarlarla görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri "Açıq mikrofon" aksiyası çərçivəsində Siyəzən şəhərində sahibkarlarla növbəti dəfə görüş keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilir ki, Birliyin istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev çıxış edərək bundan öncə keçirilən görüş zamanı daxil olan müraciətlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.

Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Birliyin Baş direktoru Ruslan Əliyevin göstərişinə əsasən yenidən bu ünvanda aksiyanın keçirilməsinin vacibliyini vurğulayaraq yaranan, sahibkarları narahat edən məsələlərdə onlara köməklik ediləcəyini bildirib. Sahibkarlıq subyektləri bu cür aksiyaların davamlı şəkildə təşkil edildiyi, yaranan problemlərin qısa zamanda həllini tapdığı üçün Birlik rəhbərliyinə təşəkkür ediblər. Hər zaman olduğu kimi "Səyyar qəbul otağ"ı sahibkarlarla yanaşı, vətəndaşların da ixtiyarında olub. Ağbaş, Kiçik Həmyə və Zarat kəndlərinin sakinləri də aksiya baş tutan ünvana üz tutublar. Onlar yeni yaşayış massivlərinin qazlaşdırılmasını Birlik rəhbərliyindən xahiş ediblər. Görüşdə həmçinin Birliyin digər struktur bölmələrinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də iştirak ediblər.

Qeyd edək ki, bu, Siyəzən sahibkarları ilə təşkil olunan sayca 2-ci görüşdür. Bundan öncə, ötən il oktyabr ayının 28-i Birliyin Baş direktorunun satış üzrə müavini Rəşad Cavadov sahibkarlarla görüşərək onların problemləri ilə maraqlanıb.

Tarix
2022.01.19 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla