Yuxarı

Agentlik 2021-ci il hesabatını Prezidentə təqdim edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Agentlik 2021-ci il hesabatını Prezidentə təqdim edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda Agentliyin 2022-ci il üçün fəaliyyət planı müzakirə edilib və səsə qoyularaq təsdiq olunub.

Sonra Agentliyin İcraçı direktorunun 2021-ci il üzrə hesabatı dinlənilib. Hesabat Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilərək qəbul olunub. Azərbaycan Respublikasının Prezidentinə Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın təqdim edilməsi qərara alınıb.

Daha sonra iclasın gündəliyinə daxil olan kənar auditorunun cəlb olunması haqqında müzakirələr aparılıb və Agentliyin nizamnaməsinə əsasən Agentliyin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılmasının təşkil edilməsi ilə bağlı qurumun aparatına tapşırıqlar verilib.

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə olunub.

Tarix
2022.01.21 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla