Yuxarı

Sərkisyan niyə qəfil istefa verdi? – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan niyə qəfil istefa verdi? – İsti şərh

Ermənistan Prezidenti Armen Sərkisyan istefa verib. Onun əsaslandırması belədir ki, əlində daxili və xarici siyasətə təsir edəcək alətləri yoxdur. Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri bəllidir, bunu Armen Sərkisyan ona prezident olmağı keçmiş baş nazir Serj Sərkisyan təklif edərkən bilirdi. Sadəcə hadisələr elə inkişaf etdi ki, Nikol Paşinyan Serj Sərkisyanı devirərək seçki yolu ilə baş nazir oldu.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Armen Sərkisyanın istefası ilə bağlı münasibətində qeyd edib.

“Nikol Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra Prezident Armen Sərkisyan məsuliyyətdən yayınmağa çalışdı, sanki demək istəyirdi ki, səlahiyyət məndə olsaydı nəticə fərqli olardı. Ən maraqlısı odur ki, Armen Sərkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək aktiv xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın narazılığına səbəb olub və prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəni aşma”, - politoloq bildirib.

Politoloq vurğulayıb ki, Armen Sərkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq:

“Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində Armen Sərkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil”.

Tarix
2022.01.23 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla