Yuxarı

"Qara siyahı"dakı şəxs bizi məhkəməyə verir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qara siyahı"dakı şəxs bizi məhkəməyə verir

Rusiyalı iş adamı German Sterliqov Azərbaycandan ona qarşı göstərilən fəaliyyətə görə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edəcək.

Report xəbər verir ki, bu barədə sahibkarın vəkili Artur Ayrapetov "Ren-TV"yə bildirib.

Ayrapetovun sözlərinə görə, şikayət ərizəsinin avqustun 26-da verilməsi planlaşdırılır. Vəkil Azərbaycanın Sterliqovu "qara siyahı"ya saldıqdan sonra ona qarşı cinayət işi qaldırmasını "beynəlxalq hüquqda nonsens" adlandırıb.

Bir qədər əvvəl Ayrapetov Sterliqovun İnterpolun xətti ilə axtarışının artıq dayandırıldığını məlumat verib. Onun sözlərinə görə, axtarış İnterpol Azərbaycan tərəfindən Sterliqovun təqib olunmasında siyasi motivlər gördüyü üçün dayandırılıb.

Cari ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı "arzuolunmaz şəxs" elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma "Dağlıq Qarabağ"a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb.

İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.

Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub.

Tarix
2015.08.23 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla