Yuxarı

Kremldən məşhur masa barədə mühüm açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldən məşhur masa barədə mühüm açıqlama

Rusiya Prezidenti Vladimir Putinin xarici həmkarları ilə görüşlərinin mühüm hissəsini keçirdiyi Kremldəki oval masa İtaliyada hazırlanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının mətbuat katibi Yelena Krılova bildirib.

Bu masa Putinin Fransa Prezidenti Emmanuel Makronla danışıqlarından sonra mediada maraq doğurub. Belə bir məsafədə dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Masanın müəllifi ilə bağlı mətbuatda da xəbərlər yayılıb: bəziləri onun italyan ustalarının işi olduğunu yazıb, bəziləri isə müəllifliyi ispanlara aid edib.

Eyni masa arxasında Putin bu yaxınlarda Almaniya kansleri Olaf Şolts və digər ölkələrin liderləri ilə görüşüb.

Krılovanın sözlərinə görə, bu masa 1996-cı ildən Kremldədir.

“Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin bir sıra beynəlxalq görüşlərinin keçirildiyi oval masa dövlət başçısının nümayəndəliyindəki bütün mebellər kimi, 30 ildən artıqdır ki, Kremldədir. İtaliya istehsalı olan masanın ölçüləri: uzunluğu 5 metr və eni 2,15 metrdir”, - deyə o bildirib.

Tarix
2022.02.19 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla