Yuxarı

Rusiya XİN erməni təxribatının ocağıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya XİN erməni təxribatının ocağıdır

Azərbaycanla Rusiyanın yaxınlaşmasını istəməyən erməni lobbisinin nümayəndələri Rusiyada müxtəlif dövlət vəzifələrində təmsil olunurlar. Rusiya XİN-in Türkmənçayla bağlı açıqlamasına da bu aspektdən yanaşmaq mümkündür. Sözügedən təhrif olunmuş açıqlamanın verilməsində həmin şəxslərin rolu ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında edən Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı bəyanatında İrəvan xanlığı və Naxçıvanı “Şərqi Ermənistan” kimi təqdim etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Rusiya XİN-in bu bəyanatı dünən Moskvada imzalanan bəyannamənin də ruhuna ziddir:

“Ermənistan proyekt-dövləti 1828-ci ildən sonra Çar Rusiyasının Cənubi Qafqazı mərhələli şəkildə işğalı prosesində qurulub. Həmin dövrdə İrəvan xanlığı artıq işğal altında idi və bu ərazilərə ermənilərin kütləvi köçü də Türkmənçay müqaviləsinə salınmışdı. Məqsəd Osmanlı imperiyası ilə Qafqaz türkləri arasında “bufer” yaratmaq və Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq idi.

Bütün bunları Rusiya XİN çox gözəl bilir, ən azı, Türkmənçay müqaviləsinin orijinalının saxlanıldığı qurumdur. Hesab edirəm ki, bu, həm də ötən gün imzalanan Moskva Bəyannaməsinə qarşı bir təxribatdır. Bu bəyannaməyə ermənilərin münasibətinin necə mənfi olduğunu erməni siyasətçilər açıq büruzə verirlər. Görünür, Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik müstəvisinə keçməsinin Qarabağın rus ordusunun müvəqqəti məsuliyyət dairəsində olan hissəsinin də taleyini qısa müddətdə həll edəcəyindən doğan narahatlıq səbəbindən bu təxribatları törədirlər.

Rusiya XİN-in ermənipərəst mövqeyi isə hər zaman müşahidə edilib. Ermənilər öz təxribatlarını Rusiyada əsasən bu nazirlik vasitəsilə tirajlayırlar”.

Tarix
2022.02.23 / 13:31
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Orxan Həsənov bu mərkəzin direktoru təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla