Yuxarı

Rauf Arifoğlu: “Bunları bədxahlarıma ünvanlayıram…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Arifoğlu: “Bunları bədxahlarıma ünvanlayıram…”

Deputatlığa namizədliyimi 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən verməyi düşündüyümü demişdim. Lakin bunu yayan media quruluşuna məlumatı bir qədər əskik vermişəm...

Axar.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat" qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Arifoğlu deputatlığa namizədliyini irəli sürməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən sosial şəbəkədəki profilində paylaşıb. Onun sözlərinə görə, 34 saylı dairədən namizədliyini vermək ehtimalı da var:

"Düşüncəmdə Tovuzdan daha çox, 34 saylı Xətai seçki dairəsi var. Doğulduğum torpaqlardan böyük səs üstünlüyü ilə keçmə ehtimalım yüksəkdir; ümumiyyətlə əminəm ki, Azərbaycanın hər hansı bir guşəsindən rahatlıqla deputat seçilə bilərəm. Lakin hər gün işləyən redaktor kimi, Bakıdan namizədliyimi vermək, kampaniyamı buradan aparmaq mənə daha rahatdır. Hətta ortam uyğun olmasa, ümumiyyətlə namizədliyimi verməyəcəm. Bu, məndən heç nəyi əskiltməz.

Bunları xəbəri alan kimi adımın üstünə qarğa-quzgun kimi tökülən bədxahlarıma yazıram.

Ölkədə namizədliyini dəqiqləşdirən siyasi liderlər, ictimai-siyasi xadimlər var. Lakin bu mövzuda da tək bir nəfərin adı müzakirə mövzusuna çevrilib.

Əcaba, bədxahlar, DÜŞMƏNlərmi bu qədər güclü, yoxsa bizmi?"

Xatırladaq ki, Rauf Arifoğlu ötən parlament seçkisində namizədliyini 25 saylı Nizami İkinci Seçki Dairəsindən irəli sürmüşdü.

Tarix
2015.09.01 / 17:42
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla