Yuxarı

Ermənilərin toyda gülləbaran etdiyi ailədən reportaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə toy çadırının atəşə tutulması nəticəsində yaralanan qadının vəziyyəti əməliyyatdan sonra normaldır.

Axar.az xəbər verir ki, "BBC Azərbaycanca"nın rayonun Qapanlı kəndindən hazırladığı reportajda belə deyilir. Kənd sakini Nofəl Əliyev danışıb ki, sentyabrın 1-də həyat yoldaşı Müşkinaz Tanrıverdiyeva ilə birgə qohumlarının toyuna gəliblər.

"Sünnət toyuna dəvətli idik, yoldaşım bacısıyla çörək yediyi zaman düz yaxınlıqdakı ağaca vurdular, güllə istiqamətini dəyişib yoldaşımı yaraladı, güllə mədəsini, dalaq və diafraqmasını, döş qəfəsini deşib içəri keçib", - N.Əliyev deyib.

Onun sözlərinə görə, güllələrdən qırılan ağac mağarın üzərinə düşüb, nəticədə Əliyevin baldızı və nəvəsi xəsarət alıb.

63 yaşlı Müşkinaz Tanrıverdiyeva gecə saat 1-də Bərdə Mərkəzi Rayon Xəstəxanasında əməliyyat edilib. Bacısı Mədinə Əhmədova isə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. N.Əliyevin 3 yaşlı nəvəsi də yüngül zədə aldığından, tibbi müayinədən sonra evə buraxılıb.

Zərərçəkmişin dediyinə görə, hadisə təsadüfi olmayıb: "Toyun səsləri onlarda eşidilir, ona görə də düz mağarı hədəf alıblar".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 1-də Tərtərin Qapanlı kəndini atəşə tutub və 3 nəfər yaralanıb. Hadisəni hərbi cinayət kimi qiymətləndirən Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik nümayəndəliklər hadisəni beynəlxalq təşkilatlar qarşısında qaldıracaq.

Tarix
2015.09.03 / 08:30
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla