Yuxarı

Rusiyaya etiraz notası verilməlidir – Üzeyir Cəfərov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya etiraz notası verilməlidir – Üzeyir Cəfərov

Rusiya Azərbaycana heç vaxt müttəfiq olmayıb, hazırda da müttəfiq deyil. Çünki Rusiya Azərbaycana heç vaxt hörmətlə yanaşmayıb. Rəsmi dövlət qurumlarımız olan Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bunlar hələ də öz təxribatlarını davam etdirirlər.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya MN-in sülhməramlıların fəaliyyəti ilə bağlı açıqlamalarında Azərbaycanda mövcud olmayan inzibati ərazilərin adını çəkməsi - “dağlıq qarabağ”, “mardakert”, “martuni”, “stepanakert” və s. – eyni zamanda, toponimləri ermənicə adlandırması haqda danışarkən deyib.

Polkovnikin sözlərinə görə, Rusiyaya etiraz notası verilməli, Azərbaycan mətbuatı adekvat addımlar atmalıdır:

“Dəfələrlə onlara deyilib ki, Azərbaycanda “dağlıq qarabağ” adında inzibati qurum və ya ərazi vahidi yoxdur, “mardakert” yoxdur, “martuni” yoxdur, “stepanakert” yoxdur. Amma təəssüflər olsun ki, yenə eyni əməllər davam etdirilir. Ona görə günü bu gün XİN Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovu dəvət etməli və ona etiraz notası verməlidir. Ölkəmizin mətbuatına çağırışım isə odur ki, bundan sonra xəbərlərdə Sankt-Peterburq yerinə Leninqrad, Yekatirinburq yerinə Sverdlovsk və s. adlardan istifadə edək. Mediamızın onlara cavabı yalnız bu formada ola bilər.

O ki qaldı onların tərbiyəsizliyi məsələsinə, bizdə atalar sözlərindən birində deyildiyi kimi, “qozbeli ancaq qəbir düzəldər”. Rusiya da düzəlmək istəmir və düzəlməyəcək. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib”.

Tarix
2022.04.18 / 14:12
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla