Yuxarı

ANS-dən daha 4 nəfər işdən çıxarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-dən daha 4 nəfər işdən çıxarıldı

ANS TV-nin "Xəbərçi" redaksiyasında müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev ve Taleh Mikayılov da işdən azad edilib.

Bu barədə ANS-dəki həmkarlarımızdan "Axar.az"a məlumat verilib.

"ANS-ÇM" radiosunda çalışan Valid Əliyevin də işdən azad edilənlər siyahısında olduğunu və bütün redaksiyalarda kütləvi ixtisarlar getdiyini bildirən həmkarımızın sözlərinə görə, kanalda işdən çıxarılanlar əsasən yeni işçilərdir:

- Bir müddət öncə Mirşahin Ağayev yeni kadrları işə cəlb edib. Adətən həmin kadrlar kurs keçəndən sonra ANS-də qalıb çalışırlar. Ancaq bu dəfə elə olmadı. Həmin kadrların hamısı işdən azad edildi.

Xatırladaq ki, "Aznevs.az" saytı bu gün ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarıldığı barədə xəbər yayıb.

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov isə ANS TV-də kütləvi ixtisarları inkar edərək, xəbərləri dolayısı ilə təsdiqləyib: "İndi tutaq ki, bir nəfər işdən çıxarlıbsa, bu o deməkdir ki, ANS-də ixtisarlar gedir?"

Əlavə edək ki, işdən çıxarılanların sayı bir nəfərlə məhdudlaşmır.

Tarix
2014.01.14 / 16:28
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla