Yuxarı

Sabir Rüstəmxanlı: “Bu cür ittihamlar yolverilməzdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı: “Bu cür ittihamlar yolverilməzdir”

"Milli Şuranın heç bir toplantısında və tədbirində iştirak etməmişəm. Tərəflər arasındakı qarşıdurma barəsində nəsə deməyim düz çıxmaz".

Bu sözləri "Axar.az"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri və millət vəkili Sabir Rüstəmxanlı AXCP və Müsavat partiyasından olan siyasətçilərin arasında gedən davadan danışarkən dedi. O bildirdi ki, kiminsə haqlı və ya haqsız olduğunu demək fikri yoxdur və hər iki tərəfin digərinə hörmət etməsi vacibdir:

"Hazırda üzbəüz gələn insanların hamısı Meydan Hərəkatında bir addımlayan insanlardır. Siyasi maraqlara görə birinin digərinə təhqir söyləməsi yolverilməzdir. Partiyalararası münasibətlərin formasından asılı olmayaraq, şəxslər bir-birini təhqir etməməlidir".

Partiyalar arasındakı davadan danışan millət vəkili bildirdi ki, bu cür davalar artıq Azərbaycan siyasətində adət halını alıb və bu da çox pis haldır:

"Onsuz da Azərbaycanın siyasi həyatındakı proseslər göz qabağındadır. Kim seçkiyə necə hazırlaşır, kimin əli kimin cibindədir və s. bu kimi ittihamları 20 ildir ki, izləyirik. Partiyalar və onların mətbu orqanlarında qarşılıqlı ittihamların yazılması da ilk dəfə baş vermir. Bu cür çıxışlar və yazılar Azərbaycan siyasətində vərdiş edilmiş hala çevrilib. Çirkin və təhqiramiz fikirlərin mətbuatda yer almasına imkan verilməməlidir".

Tarix
2014.01.14 / 17:21
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla