Yuxarı

Azərbaycanla bağlı planlarımız var - Bayraqdar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bağlı planlarımız var - Bayraqdar

Qarabağ müharibəsi ilə türk orduları dünyada PUA-larla qələbə qazanılmış ilk müharibəyə imza atdı. Bununla içimizdə qanayan yara sonlandı.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Baykar" şirkətinin texnoloji lideri, T3 Vəqfi Qəyyumlar Şurasının sədri Səlcuq Bayraqdar deyib.

Onun sözlərinə görə, qardaş ölkələrin birliyini gücləndirmək, texnologiyanı birlikdə inkişaf etdirmək səbəbilə TEKNOFEST-in Azərbaycanda keçirilməsinə qərar verilib:

"Şənbə günü Türkiyə və Azərbaycan prezidentləri, Nobel mükafatçısı Əziz Səncər finalçılara mükafatlarını təqdim edəcəklər.

"Baykar" olaraq işlərimiz davam edir. Mən özüm də startapları bəyənirəm. "Baykar" olaraq Azərbaycanda texnologiyanın inkişaf etdirilməsi üçün hədəflərimiz var. Bunu yaxın zamanda həyata keçirməyi düşünürük. "Akıncı" və TB2-nin yüksək texnoloji tərəfləri ilə bağlı inkişaf etdirdiyimiz məsələlər var.

Bu festivallar insan qabiliyyətininin üzə çıxmasına vəsilə olacaq. İnsanlarımız, istedadlarımız xaricdə yox, ölkələrinin texnologiyasını inkişaf etdirib, öz PUA-larını yaradacaqlar.

Futbola verdiyimiz dəyər qədər texnologiyanın inkişafına da xüsusi diqqət yetirməliyik ki, ölkəmiz bu sahələrdə müstəqil olsun".

Tarix
2022.05.25 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Vahid Ələkbərovun sərvəti açıqlandı

"Moskva" və "Qars" Naxçıvan Konstitusiyasından çıxarılır

Naxçıvan Konstitusiyasına dəyişikliklər: ikinci səsvermə...

Milli Məclisin plenar iclası başladı

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla