Yuxarı

İlham Əliyev "İlin adamı" seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu "2013-cü İlin adamı"nı elan edib. Bu ada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev layiq görülüb.

Beləliklə, Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev 2013-cü ildə Azərbaycan vətəndaşlarının etimadını qazanaraq ölkə prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərə biləcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq, Şahdəniz-2, TAP və TANAP layihələrinin uğurlu həyata keçirilməsi ilə Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol, Avropa Birliyinə üzv olan ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasət nəticəsində dünya güclərinin İranla bağlı mövqeynin yumşalmasına zəmin yaratdığına görə "2013-cü ilin adamı" elan edilib.

Xatırladaq ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür (ANS).

Tarix
2014.01.16 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla