Yuxarı

Bayramov özbək həmkarı ilə danışdı: Qaraqalpaq müzakirəsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov özbək həmkarı ilə danışdı: Qaraqalpaq müzakirəsi...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikası xarici işlər naziri Vladimir Norov ilə telefon danışığı baş tutub.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər cari ilin 22 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin yüksək səviyyədə təşkilini və səfərin nəticələrini, o cümlədən iki dövlət arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldən sənədlərin imzalanmasını xüsusilə vurğulayıblar.

Tərəflər, səfər zamanı əldə edilən razılaşmaların icrası vəziyyətini, habelə bu istiqamətdə atılacaq növbəti addımları müzakirə ediblər.

Eyni zamanda, bir neçə gün öncə Özbəkistanın Qaraqalpaq Respublikası ərazisində iğtişaşlar törədərək ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı dövlət tərəfindən qanuni addımların atıldığı vurğulanıb və bu xüsusda Azərbaycanın qardaş Özbəkistan dövlətinə və xalqına dəstəyi ifadə edilib.

Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı halların qəbuledilməz olduğu vurğulanıb.

Tarix
2022.07.06 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev “Avaza” Kompleksinə gəldi - Foto

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla