Yuxarı

İtaliyadakı səfirimiz nələr yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyadakı səfirimiz nələr yazdı

İtaliyanın "La stampa" qəzetinin rəsmi saytında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun yazısı yerləşdirilib.

Axar.az xəbər verir ki, səfir V.Sadıqov italiyalı jurnalist Roberto Travanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha öncə saytda yerləşdirilmiş məqaləsinə cavab yazıb.

Səfir italiyalı jurnalistin təhrif olunmuş faktlara əsaslanan yazısına bu fikirlərlə aydınlıq gətirib:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi jurnalistin vurğuladığı kimi dini zəmində baş verməyib. Azərbaycan tarixən də, bu gün də multietnik və multikonfessional bir ölkədir. Konstitusiyamızda dinindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilir. Azərbaycanın Ermənistandan başqa bütün qonşu dövlətlərlə yüksək səviyyəli əlaqələri var. Qarabağ ərazisinin taleyi ilə bağlı yeganə həll yolu Azərbaycanın tərkibində olmaqla bu bölgəyə muxtariyyət statusunun verilməsidir".

V.Sadıqov bir daha oxucuların diqqətinə çatdırıb ki, münaqişə nəticəsində Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Səfir son zamanlar ciddi qaçqın böhranı ilə üzləşən Avropanın bu problemdən 20 ildən çoxdur ki əziyyət çəkən Azərbaycanı başa düşəcəyinə ümidvar olduğunu bildirib.

Tarix
2015.09.25 / 16:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla