Yuxarı

Tovuz döyüşləri 200 illik təcavüzün sonu oldu - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz döyüşlərinin üzərindən iki il ötür. Bu döyüşlərin davamı kimi Azərbaycan 27 sentyabrda haqq müharibəsinə başladı və Ermənistan ordusunun 65 faizini məhv edərək, tarixdə çox az xalqa, millətə nəsib olacaq şəkildə şanlı qələbə qazandı. Başda general-mayor Polad Həşimov olmaqla, Tovuz döyüşlərində canını Vətən üçün fəda edən bütün şəhidlərimizi böyük ehtiram, minnətdarlıq hissi ilə yad edir, hamısına Allahdan rəhmət diləyirəm.

Bu sözləri Axar.az-a Tovuz döyüşlərinin 2-ci ildönümü ilə bağlı açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Generalın sözlərinə görə, Tovuz döyüşlərində Ermənistanın 21-ci əsrdə Azərbaycana son təcavüz cəhdinin qarşısı alındı:

“Bu təcavüz Azərbaycanda danışıqların nəticələrinə və sülhə ümidi bitirdi, nəticədə dövlət bütün milli güc ünsürləri ilə birlikdə torpaqların işğaldan azad edilməsi üçün müharibə başladı. Aprel döyüşlərindən sonra Ermənistanın yeni hərbi konsepsiya və torpaqları genişləndirmək istəyi, eyni zamanda revanşizm duyğusu ilə Qarabağdan uzaqda və mühüm enerji xətlərinin keçdiyi Tovuza hücumu erməni təcavüzkarlığının, terrorizminin növbəti nümunəsi idi. Məncə, Tovuz döyüşləri 28 ildən bəri davam edən işğal, haqsızlıq, hüquqtanımazlıq, ikili standartların zirvəsi idi və xalqın səbir kasasını daşırdı, Azərbaycan dövləti sülh, diplomatiya, beynəlxalq hüquqa uyğun şəkildə razılaşmanın əldə edilməsi ilə bağlı çağırışlarına son verdi. Tovuz döyüşlərinin arxasınca başlayan İkinci Qarabağ müharibəsi ilə Cənubi Qafqazın ən böyük hərbi gücünə sahib olan Azərbaycan dövləti bununla iki yüz ildir davam edən erməni vəhşiliyinə, təcavüzkarlığına son qoydu. Bu müharibə Azərbaycan xalqının yüksək milli-mənəvi duyğular ilə Vətəni qorumaq üçün canını mərmilərin qarşısında sipər edərək yazdığı qəhrəmanlıq dastanıdır. Tovuz döyüşləri Aprel döyüşlərinin davamı və Dəmir yumruğun ilk qığılcımıdır. “Bayraqları bayraq edən üstündəki qandır/ Torpaq uğrunda ölən varsa, Vətəndir” təfəkkürü ilə hərəkət edən Şanlı Ordunun şücaəti sayəsində artıq torpaqlar işğaldan azaddır və Azərbaycan Qafqazın regional gücüdür”.

Tarix
2022.07.13 / 09:07
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla