Yuxarı

“Sərkisyanı bu cür danışdıran məqamlar var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyanın bəyanatları ümumiyyətlə, beynəlxalq hüquqa ziddir və təbii ki, onu bu cür danışdıran məqamlar var.

Bu barədə Axar.az-a politoloq Arzu Nağıyev açıqlama verib. Onun sözlərinə görə, Ermənistan prezidenti son bəyanatı ilə Rusiya ilə tərəfdaş olduğunu göstərməyə çalışır:

"Sərkisyan Rusiyanın 102 saylı hərbi bazasının Ermənistan ərazisində yerləşdiyini xatırladır. Burada isə bir məqsəd var. Ermənilər çalışır ki, müharibənin nüvəsi Ermənistan ərazisinə yönəlsin və KTMT-nin üzvü kimi Rusiya da bu münaqişənin leqallaşmış iştirakçısı olsun. Əslində, Sərkisyanın bu cür bəyanatları dünya ictimaiyyətinə bir ismarıcdır. Ermənistanda daxili vəziyyət həddən artıq kritik olduğundan Sərkisyan bundan ciddi narahatlıq keçirir və kütləni sakitləşdirmək üçün də belə bir metoda əl atır".

Politoloq hesab edir ki, bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü baş tutmaya bilər:

"Hər gün atəşkəs rejimi pozulur, ermənilər müxtəlif təxribatlara əl atır. Ermənistan və Azərbaycan prezidentlərinin nəzərdə tutulan görüşünə hər yolla mane olmağa çalışan ermənilər və onların rəhbərləri münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesini ləngitməyə çalışmaqla yaranmış status-kvonu saxlamaq niyyəti güdürlər".

Qeyd edək ki, bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.

Tarix
2015.10.01 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla