Yuxarı

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident bu sözləri deyərkən kövrəldi - Video

Xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə söhbəti zamanı deyib.

İlham Əliyev fikirlərini səsləndirdiyi zaman kövrəlib:

"Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma. Bilirsiniz, bu nədir?! Xalqımız böyük xalqdır. Biz haqlı olaraq xalqımızla fəxr edirik, sizinlə fəxr edirik. Otuz il əzab-əziyyət içində - çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız, amma inamınızı, iradənizi itirməmisiniz, belə oğullar yetişdirmisiniz. Onlar Bakıda, Bərdədə, Sumqayıtda yaşayıblar, bu bölgələri heç vaxt görməyiblər, amma gəliblər. Çünki torpaq çəkir. Onlarda vətənpərvərlik hissini sizin kimi analar, müəllimlər, məktəb və ailə formalaşdırıb. Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb olub".

Tarix
2025.05.11 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir...

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla