Yuxarı

Rusiyada Qələbə paradında gözlənilməz olay - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada Qələbə paradında gözlənilməz olay - Video

Rusiyada maraqlı hadisə baş verib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Blaqoveşçenskdə Qələbə Günü münasibəti ilə keçirilən parad daha çox evlilik təklifi ilə yadda qaldı. Şəhər administrasiyasının yaydığı məlumata görə, mərasim zamanı Uzaq Şərq Ali Hərbi Komandanlıq Məktəbinin elit bölmələrinin kursantlarından biri sevgilisinə evlilik təklifi edib.

Yayılan videoda əlində böyük bir gül buketi tutan və kursant yoldaşlarının əhatəsində olan bir gənc sevgilisindən onunla evlənmək istəyində olub-olmadığını soruşur və qızın qarşısında diz çökür.

"Üç, dörd, "hə" de!" -deyə gəncin kursant yoldaşları xorla qışqırıblar.

Təklif gənc qız üçün sürpriz olub. Lakin o, çox tərəddüd etmədən evlilik təklifini qəbul edib. Bunun ardınca üç dəfə "Ura" alqış səsi eşidilib.

Tarix
2026.05.09 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla