Yuxarı

Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı

Amerikalı astronomlar Yeri kürəsinin məhv olacağı tarixi açıqlayıb.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, onlar Günəşə bənzər ulduzların həyatlarının son mərhələsində necə dəyişdiyini müşahidə etməklə 5 milyard ildən sonrakı proseslər və Günəşin taleyi haqqında təsəvvür yarada bilirlər.

Bu proses çərçivəsində Yerdən təxminən 5 min işıq ili uzaqlıqda, Əkizlər bürcündə yerləşən NGC 2392 planetar dumanlığı tədqiq olunub. NASA-nın məlumatına görə, bu obyekt Günəşə bənzər bir ulduzun həyatının son mərhələsini əks etdirir.

Ulduzlar həyatlarının böyük hissəsində nüvələrində hidrogeni heliuma çevirərək enerji yaradır. Lakin nüvədə hidrogen ehtiyatı tükəndikcə ulduzun daxili quruluşu dəyişir və o, sürətlə genişlənərək qırmızı nəhəng mərhələsinə keçir.

Günəşin də təxminən 5 milyard ildən sonra bu mərhələyə çatacağı gözlənilir. NASA-nın məlumatına əsasən, həmin dövrdə Günəş indiki ölçüsündən 100 dəfədən çox böyüyə bilər.

Merkurinin və Veneranın, böyük ehtimalla isə Yerin də bu proses nəticəsində məhv olması mümkündür. Daha uzaqdakı planetlərin taleyi isə tam aydın deyil.

Tarix
2026.08.18 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla