Yuxarı

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin", - başsağlığında bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin isə X sosial media hesabında Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı insanların faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirirdiklərini qeyd edilib:

"Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə əbədi rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik".

Tarix
2026.09.24 / 14:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla