Yuxarı

ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də öz növbəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunan tədbirlərin təşkilində fəal iştirak edir.

Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Agentliyin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bir qrup əməkdaşı Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüş həyata keçirib.

Yürüş dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə qalxmaqla yekunlaşıb.

Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefi ziyarət olunaraq, onun əziz xatirəsi ehtiramla yad edilib.

Ağır hava şəraitinə və mürəkkəb relyefə baxmayaraq, yürüş iştirakçıları qarşıya qoyulan məqsədə uğurla nail olub, Ümummilli Liderin ideyalarına sədaqət və dövlətçiliyimizə bağlılıqlarını nümayiş etdiriblər.

Tarix
2026.05.09 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

AKP YAP-a sözünü X-lə niyə deyir? YP ilə çaşdırıb?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla