Yuxarı

İranda qızlar başını necə bağlayır? - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda qızlar başını necə bağlayır? - Fotolar

Son həftələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktəblərdə vahid geyim formalarının standartlaşdırılması və pedaqoji heyətin geyim qaydaları ilə bağlı yeni qərarları həm də İran mediasında, sosial şəbəkələrində müzakirə edilir və bu məqamdan ölkəmizə qarşı təbliğat üçün sui-istifadə edilir.

Bəs, başörtüsününü məcburi olduğu İran İslam Respublikasında reallıq necədir?

Axar.az xəbər verir ki, İranda orta məktəb, universitetlər və rəsmi idarələrdəki başörtüsü ilə ictimai yerlərdəki başörtüsü arasında xeyli fərq var. Başını bağlamayanlara qarşı sərt cəzalar tətbiq edilsə də, cəmiyyətdə başörtüsü simvolik olaraq qəbul edilir.

Nümunələri təqdim edək:

Orta məktəblərdə

Saçın tamamilə görünməməsi məcburiyyəti yoxdur, əksinə, bəzi uşaqlar bu məcburi başörtüsünü bəzək formasına çevirir:

Ali məktəblərdə

Ali məktəblərdə də qızların başörtüsündən tamamilə boyun-boğaz və saçını gizləmək üçün istifadə etmədiyi üzə çıxır:

Rəsmi idarələrdə

Rəsmi qurumlarda başın örtülməsi daha ciddi və rəsmidir:

Ticarət mərkəzlərində

İran cəmiyyəti üçün ən səmərəli istirahət, gəzinti yerlərindən biri də ticarət mərkəzləridir. Bu mərkəzlərdə xanımlar ümumiyyətlə başörtüsündən istifadə etmirlər:

Şəhərdə

Şəhərə çıxarkən xanımlar adətən yüngül başörtülərindən (baş yaylığı, kəlağayı və s.) istifadə edirlər. Bu zaman saçın və üzün əhəmiyyətli hissəsi açıq olur. Bəzi hallarda isə başörtüsü çiyinə sürüşür və bu, adi qəbul olunur:

Bu baxımdan qəribədir ki, İran sosial şəbəkələrində İslam Respublikasının özündə tətbiqi mümkün olmayan, yalnız efirdə nümayiş etdirilən “tərz”in Azərbaycanda təbliğinə çalışılır.

Tarix
2026.10.13 / 15:08
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla