Yuxarı

“MediHall Hospital”ın binası hərraca çıxarılır: Qiyməti...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“MediHall Hospital”ın binası hərraca çıxarılır: Qiyməti...

Bakının Binəqədi rayonunda klinikanın yerləşdiyi bina hərraca çıxarılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, qeyri yaşayış binası Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 22 ünvanında yerləşib.

Məlumata görə, hərraca çıxarılan əmlak 0.057 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasıdır.

Hərraca çıxarılan əmlakın ilkin bazar qiyməti 2.203.000 manat, minimum satış qiyməti isə 1.872.550 manat təşkil edir.

Məlumata görə, beş mərtəbəli olan binada klinika yerləşib. Fotolardan da görünür ki, həmin binada sonuncu dəfə “MediHall Hospital” fəaliyyət göstərib.

Qeyd edək ki, "MediHall Hospital” ilə bağlı bir sıra şikayətlər var. Baş Prokurorluğun bu ilin fevralın 16-da yaydığı məlumata görə, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2026.10.13 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbi məscidə çevirmək yolverilməzdir - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir? YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla