Yuxarı

Məktəblərdə hicab qadağası: 18 yaşına çatandan sonra... - Alim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə hicab qadağası: 18 yaşına çatandan sonra... - Alim

Vahid məktəbli forması yeni tarixi mərhələnin tələbidir.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyib.

Onun sözlərinə görə, vahid məktəbli forması ilə bağlı qəbul edilən qərar təsadüfi deyil:

“Tarixi keçmişimizi, bu günümüzün və gələcəyimizin əsas xüsusiyyətlərini təhlil edərək, araşdıraraq, proqnozlaşdıraraq belə bir qərar qəbul olunub. Müasir azərbaycanlı üçün vahid məktəbli forması formal xarakter daşımır. Bu həm də vətənpərvər gənclərin yetişməsi üçün təhsil sahəsində həyata keçirilən mühüm yenilikdir. Vahid məktəbli forması heç kimin heç bir hüququnu tapdalamır. Əksinə, yeni mərhələyə qədəm qoymuş Azərbaycanda xüsusilə gənclərin həm hüquqlarının qorunması, həm də Vətənə bağlı kontekstdə tərbiyə olunması üçün mühüm bir addımdır. Ona görə də vahid məktəbli forması bu tarixi mərhələnin tələbidir. Bununla gənclərimiz həm bir-biri ilə ünsiyyətdə, münasibətlərdə, həm də ortaq fikirlərin formalaşmasında geniş imkanlar qazanırlar. Burada hər hansı bir ayrı-seçkiliyə yol verilmir”.

Füzuli Qurbanov bildirib ki, bütün şagirdlər eyni hüquqa malikdir, birinin digərindən fərqi yoxdur:

“Məktəbli forması müasir dəbə uyğun, həm də milli xüsusiyyətlər nəzərə alınaraq təklif olunub. Bunu dəstəkləmək lazımdır. Hər bir valideyn, hər bir Azərbaycan vətəndaşı nəzərə almalıdır ki, o müstəqil Azərbaycanın vətəndaşıdır. Onun vətəndaşlıq hüquqi ilə yanaşı məsuliyyəti də var. Bunu qəbul etməliyik. Ümumiyyətlə, müstəqil Azərbaycanda heç vaxt hicaba qadağa qoyulmayıb. İnsan 18 yaşına çatandan sonra özü öz yolunu seçə bilər. Digər tərəfdən, insan lap kiçik yaşlardan başlayaq mənəviyyatının formalaşmasında hansı mənəvi dəyərin hansı yeri tutmasını özü müəyyən etməlidir. Təhsilimizdə aparılan yeni islahatlar kontekstində müasir dövrün tələblərini nəzərə alaraq vahid məktəbli formasının olması zəruridir və bunun cəmiyyətə müsbət təsiri olacağına inanırıq”.

Tarix
2026.10.13 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla