Yuxarı

Prokurorluğun 2 əməkdaşı hakim təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluğun 2 əməkdaşı hakim təyin edildi

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşları ilə görüş keçirilib.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hakimlik vəzifələrinə seçilmələri ilə əlaqədar keçirilmiş müsabiqədə uğur qazanan 2 nəfər prokurorluq işçisi Prezidentin 10 oktyabr 2026-cı il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.

Sərəncama əsasən Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Vüqar Səyyar oğlu İslamzadə Tovuz Rayon Məhkəməsinin hakimi və Qax rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Səxavət Böyükağa oğlu Əhmədli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifələrinə təyin ediliblər.

Bu münasibətlə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun rəhbərliyi ilə 12 oktyabr 2026-cı il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.

Tədbir zamanı Elçin Məmmədov yeni təyin edilmiş hakimləri təbrik edib, prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.

Tarix
2026.10.13 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi...

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla