Rusiya bir gecədə bu qədər PUA vurdu
13:04
| Ana səhifə İdman |
|
Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.
AFFA-dan Axar.az-a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.
Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.
Oktyabrın 14-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
|
Tarix
2026.10.13 / 12:20
|
Müəllif
Axar.az
|