Yuxarı

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Ərdəbil əyalətindən olan tacirlər, iş adamları və icraedici qurumların rəhbərlərindən ibarət iqtisadi nümayəndə heyətini yaxın günlərdə Azərbaycan səfər edəcəyi bildirilir. Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeganə bildirib ki, səfər çərçivəsində malların idxalı və ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə lazımi məsləhətləşmələr aparılacaq. Vali qeyd edib ki, indiyədək 30 növ məhsul üzrə sifariş qeydə alınıb və həmin məhsulların bir hissəsinin idxalı artıq həyata keçirilib. Digər məhsulların idxalının isə Ərdəbil əyalətinin sərhəd imkanlarından istifadə edilməklə mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında İranla əməkdaşlığın genişlənməsi üçün ilk növbədə qonşu ölkədən beynəlxalq sanksiyaların götürülməsinin lazım olduğunu deyib.

“Bu, münasibətlərin inkişaf etməsinə ciddi şəkildə mane olur. İrana pul köçürmələri etmək mümkün deyil. Ancaq nağd alış-veriş mümkündür. Əməkdaşlığın genişlənməsi üçün quru sərhədləri həm də açılmalıdır. Bu isə Azərbaycanın qərarıdır. Bu iki məsələ həlledicidir”, - o bildirib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 169 milyon 532 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz çoxdur. Son 1 ildə Azərbaycanın İrana ixracının dəyəri 42.3% azalaraq 2 milyon 848 min dollar, bu ölkədən idxalının dəyəri isə 9.4% artaraq 166 milyon 684 min dollar olub. Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1.8%-i qədər olub. İrana ixrac ümumi ixracın 0.05 %-ni, İrandan idxal isə ümumi idxalın 4.1%-ni təşkil edib.

Tarix
2026.05.08 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla