Yuxarı

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko İlham Əliyevi təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan da daxil olmaqla, bəzi ölkələri İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə təbrik edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Prezidenti Vaaqn Xaçatryana, Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə və ölkənin ilk prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Rusiya Prezidenti Vladimir Putinə, Tacikistan Prezidenti İmaməli Rəhmana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova və Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şövkət Mirziyayevə, Slovakiyanın Baş naziri Robert Fitsoya, eləcə də Moldova və Ukrayna xalqlarına göndərilib.

Liderlərə müraciətində Aleksandr Lukaşenko vurğulayıb ki, müqəddəs 9 May Günü sovet xalqlarının taleyinə əbədi olaraq həkk olunub və onilliklər keçsə belə, onların qəhrəmanlarının şücaətinin böyüklüyü unudulmur.

Belarus prezidenti müharibənin ağır sınaqlarına tab gətirən xalqların dostluğunun mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün sarsılmaz təməl olaraq qalacağına əminliyini ifadə edib.

Tarix
2026.05.09 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla